Gözlənilən baş tutdu. COP29-un Liderlər Sammitinin açılış mərasimi ilə Azərbaycanın daha bir mötəbər tədbirə yüksək səviyyədə hazırlaşdığını nümayi. etdirdi. Bunu elə Bakıya təşrif buyuran qonaqların da dilindən eşitməkdəyik.
Azərbaycana mane olmaq istəyənlər məkirli planları baş tutmadı. Qarayaxma kompaniyaları, aparılan boykot siyasəti nəticəsiz qaldı və Bakı dünyanın ən böyük və nüfuzlu tədbirlərindən biri hesab edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının keçirilməsiə yaradılan maneələrin hamısın dəf etdi.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücü hesabına icra etdikdən sonra onsuzda Azərbaycana qarşı Qərbin müəyyən dairələrinin, dövlətlərinin ikili standartları bütün çılpaqlığı ilə özünü büruzə verdi və rəsmi Bakıya qarşı bu mənfi tendensiya artan xətt üzrə bu günə kimi də davam etməkdədir.
Bu ikili standartlar, qarayaxma kampaniyaları xüsusilə son aylar-illər ərzində Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə seçildikdən sonra daha da artdı, Azərbaycan həmin qüvvələr üçün əsas hədəf taxtası elan edildi.
Burada ən absurd məqam ondan ibarətdir ki, sözügedən dairələr və dövlət adamları anlamadılar ki, Bakıya qarşı atılacaq addımları bu dəfə də effektsiz qalacaq. Çünki Azərbaycanın COP29-a ev sahibliyi etməyi onsuzda onun fəal rolunun beynəlxalq arenada qiymətləndirilməsi demək idi. Lakin Azərbaycan ona məqsədlərində, haqq-ədalətin bərpasında mane olan qüvvələrə 30 il sonra dərs keçdiyi kimi bu ərəfələrdə də Prezident İlham Əliyevin timsalında növbəti master-klass keçdi.
Ötən gün COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında prezident İlham Əliyev 3 minə yaxın əcnəbi jurnalistin gözü önündə Azərbaycanı neft ölkəsi olmaqda ittiham edənlərə elə sərrast və öldürücü cavab verdi ki, bəlkə bu cavab elə sözügedən Qərb dairələri və bəzi siyasətçilərinin özünə də xoş gəlib. Çünki Azərbaycan lideri ötən gün bütün dünyanın gözü önündə növbəti dəfə ermənipərəst qüvvələrə, anti-Azərbaycan siyasəti aparmağa davam edən dövlətlərə təkcə siyasi dərs yox, eyni zamanda dürüstlük, ədalət dərsi keçmiş oldu.
Dövlətimizin başçısı COP29-un Liderlər Sammitindəki çıxışı zamanı açıq-aşkar şəkildə Fransa başda olmaqla onun əlaltıları olan dövlətlərə və siyasətçilərə olduqca tutarlı mesaj yolladı:
"Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib".
Bunu Azərbaycan Prezidenti bütün dünyanın diqqətinin Bakıda olduğu bir vaxtda diqqətə çatdırdı və Bakını bu cür təzyiq metodları ilə geri addım atmağın mümkünsüzlüyünü növbəti dəfə göstərmiş oldu. Əfsuslar olsun ki, bu məsələdə Fransa və digər əlaltıları Ermənistanı "peşkə" kimi istifadə edərək Azərbaycana qarşı müxtəlif manipulyativ yollar axtarışını davam etdirəcək. Belə olmasaydı Ermənistan nümayəndə heyyəti Bakıda COP29 tədbirində iştirak etmək əvəzinə "laməkan" görünməzdi.
Görünür Ermənistan Bakıya dünyanın toplaşdığı bu tədbirdən sonra yeni eskalasiya hazırlıqlarının son tamamlama işlərini görür. Böyük ehtimalla məhz bu səbəbdən də Qərbin sifariş və tapşırıqlarına uyğun olaraq Ermənistan tərəfi məntiqszilikdə ittiham edilməmək üçün Bakıya gəlməkdən boyun qaçırdı və yeni hərbi toqquşma üçün zəmin hazırlamağı daha məqsədəuyğun hesab edir. Belə olmasaydı qonşuluğa okeanın o tayından tutmuş, uzaq "laplandiyaya" kimi nümayəndələr gəldiyi halda Ermənistan burdan-bura gəlməyi məsləhət bilərdi.
Lakin biz bunun əvəzində İrəvandan tamamilə fərqli fəaliyyətin şahidiyik. Belə olmasaydı Ermənistan bu vurhavurda Hindistandan "AKASH" zenit-raket komplekslərinin ilk batareyasını qəbul etmək üçün bu qədər tələsməzdi. Bu addım Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan ilə sülh danışıqlarına ciddi təsir göstərəcək "fəaliyyət" planından başqa bir şey deyil. Əgər həqiqətən də Ermənistan tərəfi səsləndirdiyi kimi Azərbaycanla sülhə bu qədər hazır və istəkli idisə, niyə o zaman Bakıya gəlmək əvəzinə yaranan fürsətdən istifadə edərək dərhal silahlanmağı, uzaqmənzilli zenit raket komleksləri ilə güclənməyi seçdi?!
Sual təbii ki, ritorik məna daşıyır. Rəsmi İrəvan boyunduruq siyasətinə sadiq qalaraq Qərbin tapşırıqlarından kənara çıxmq niyyətində deyil. Bakı ilə bir masa ətrafına gəlib sülh istiqamətində əhəmiyyətli addım atmaq kimi bir imkanın olduğu halda, bu qədər silahlanma və müharibə hazırlığı görmək bölgəni qarışdırmaq istəyənlərin planıdır. Görünür, Ermənistan artıq bu variantı seçdiyini və regionu növbəti dəfə poliqona çevirməkdə qərarlıdır.
Amma yaxşı olar ki, Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə xalqa müraciətində söylədiyi fikirləri bir daha Ermənistan rəhbərliyi diqqətlə dinləsin. Azərbaycan lideri orada hər şeyi tam açıq şəkildə rəsmi İrəvana bildirib:
"İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistan üçün bu günə qədər düzgün addımlar atmaq üçün kifayətdir".
Lakin Ermənistandakı son "qaynaşma" deməyə əsas verir ki, Paşinyan hakimiyyəti hələ də dərs çıxara bilməyib. Bu gün bu geosiyasi reallıqla barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Ermənistan rəhbərliyi isə bu oyuna getmək variantını seçib kimi görünür. Belə olacağı təqdirdə Azərbaycan əlini yanına sallayıb bölgədə, şərti sərhəddində baş verən "hərəkətliliyə" müşahidəçi mövqeyini dəyişərək, qəti addımlar barədə adekvat reaksiya verəcək.
Ermənistan hakimiyyəti ölkəni, xalqı daha dəhşətli bir mənzərə ilə qarşı qarşıya qoymaq istəmirsə, elə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, mütləq onu dinləməlidir: "Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır".
Çünki Azərbaycan Ermənistan xalqının düşməni deyil. Prezidentin qeyd etdiyi kimi, "Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular".
Bu o deməkdir ki, növbəti işğal planı, eskalasiya cəhdi Azərbaycan tərəfindən bağışlanmayacaq və Ermənistanın gələcək taleyi artıq tamamilə sual altına düşəcək.
12:44 - 13 Noyabr 2024