"Hazırda Azərbaycanın gündəmində olan əsas mövzu noyabrın sonuna kimi COP29-dur".
Titul.az modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a açıqlamasında bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, gələn aydan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni ilə bağlı müzakirələr aparılacaq: "Şübhəsiz ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni ətrafında müzakirələrin aparılması və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq".
Hikmət Hacıyev sənədin mətnində müəyyən suallar olduğunu diqqətə çatdırıb:
"Sənədin mətnində müəyyən suallar var. Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Çünki erməni tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi. Beləliklə, biz bu kontekstdə gecikmiş prosesi hiss edirik. Şübhəsiz ki, dekabrdan başlayaraq yeni bir proses olacaq.”
09:30 - 13 Noyabr 2024