İki dəfə ailə qurub boşanan Rəvan indi məşhur həkimlə sevgilidir - VİDEO

 İki dəfə ailə qurub boşanan Rəvan indi məşhur həkimlə sevgilidir - VİDEO

"Həyatımda möhkəm dostluq etdiyim bir xanım var. Hansı ki, gələcəkdə sevgiyə də çevrilə bilər, ailə də qurula bilər". 

Titul.az xəbər verir ki, bunu iki dəfə ailə həyatı uğursuz alınan müğənni Rəvan Qarayev iştirak etdiyi verilişdə deyib. 

Müğənni həmin qadının tanınmış həkim olduğunu açıqlayıb:

"Mənim ona qarşı fikrim ciddidir. Adını deyə bilmərəm. Peşəsi həkimdir. O, çox vaxt xaricdə çalışır". 

Rəvanın həkim sevgilisi ilə bağlı daha geniş açıqlaması videoda:

Qeyd edək ki, R.Qarayevin ilk evlilikdən 15 yaşında Ayan adlı qızı var. Eyni zamanda müğənninin Günya Rəhimova adlı xanımla ikinci evliliyi beş il çəkib və bu nikahdan onların 10 yaşlı Xalidə adlı qız övladları var.

10:27 - 15 Noyabr 2023

Xəbər lenti