"Veteran pulu" ARTIRILACAQ? - Nazir AÇIQLADI

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev veteranlara verilən 80 manat aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Titul.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, sosial paket müzakirədədir.

“Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək”, - deyə S. Babayev əlavə edib.

11:26 - 12 Noyabr 2024

Xəbər lenti