"Qarabağ" "Barselona" və " Benfika"ya ŞƏRİKDİR

Avropanın milli çempionatlarında ən çox böyükhesablı qələbə qazanan komandaların siyahısı müəyyənləşib.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Misli Premyer Liqasının lideri “Qarabağ” da həmin cədvəlin ön sıralarındadır.

Çempionatın 13-cü turunda “Zirə”ni 4:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi cari mövsüm keçirdiyi 12 matçın yarısında – 6-da 3 və ya daha böyük hesabla rəqiblərini üstələyib. Qurban Qurbanovun yetirmələri bu göstəriciyə görə, “Benfika” (Portuqaliya), “Barselona” (İspaniya) və TNS-lə (Uels) üçüncü sıranı bölüşdürür.

Oyun sayı baxımından yalnız “Benfika” təmsilçimizi qabaqlaya bilər. “Barselona” və TNS isə daha çox qarşılaşma keçirərək 6 böyükhesablı qələbəyə nail olub.

Sıralamada ilk pilləni “Srvena Zvezda” tutur. Serbiya klubu ölkə çempionatında 14 matçdan 8-də rəqiblərini 3 və ya daha çox top fərqi ilə məğlub edib. “Sportinq” isə 11 oyunun 7-də bunu bacararaq ikinci sırada qərarlaşır.

10:56 - 12 Noyabr 2024

Xəbər lenti