Эксперт о том, что произойдет в паре Лепса и юной девочки
За что на Урале зверски расправились с 7-летним мальчиком
СМИ: В британской королевской семье произошла трагедия.
В СМИ раскрыли почему жена Буйнова избегает выходы в свет

Prezidentin köməkçisi: 60 mindən çox əcnəbinin iştirakı COP29-u boykot çağırışlarına uyğun gəlmir

 Prezidentin köməkçisi: 60 mindən çox əcnəbinin iştirakı COP29-u boykot çağırışlarına uyğun gəlmir

Prezidentin köməkçisi: 60 mindən çox əcnəbinin iştirakı COP29-u boykot çağırışlarına uyğun gəlmirHikmət Hacıyev
60 mindən çox əcnəbinin iştirakı COP29-u boykotla bağlı çağırışlara uyğun gəlmir.

Titul.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, COP29-da 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçirilib.

"COP29-u boykot etməklə bağlı çağırışlarla əlaqədar tövsiyə edərdim ki, ətrafa baxasınız. Bu gün bu tədbirdə - COP29-da 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçirilib. Bunun da mütləq əksəriyyətini - 60 mindən çoxunu xaricilər təşkil edir. Bu, bəzi təşkilatların COP29-u boykotla bağlı çağırışlarına uyğun gəlmir. İkincisi, bu tədbir beynəlxalq media təsisatları tərəfindən işıqlandırılır. Burada 3 mindən çox xarici media nümayəndəsinin akkreditasiyası və qeydiyyatı həyata keçirilib", - Prezidentin köməkçisi vurğulayıb.

10:01 - 12 Noyabr 2024

Xəbər lenti

В России только спустя год нашли тело парнишки
На экс премьер-министра Англии совершили нападение
"Все они ждали, чтобы моя жена-инвалид умерла прямо в эфире"
Какие выплаты будут повышены в России и кому ?