Ermənistanın COP29-da iştirak edib-etməməsi bu ölkənin öz qərarıdır.
Titul.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşü zamanı deyib.
Görüşdə regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyi ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı son bir ildə fəal danışıqlar nəticəsində ciddi irəliləyişlərin, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlərin olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.
17:32 - 11 Noyabr 2024