"Mənim atam çox imkanlı adam olub. Çox zəngin ailənin çocuğuyam".
Titul.az xəbər verir ki, bunu əməkdar artist Vasif Məhərrəmli ARB telekanalında qonaq olduğu verlişdə deyib.
Müğənni bildirib ki, atası işdən çıxandan sonra çətin günləri başlayıb:
"Bir-iki dəfə marketə getməli oldum. Mən onda orda atamın qədrini bilməyə başladım ki, sən bizə bunları yaşamağa qoymamısan. Biz bilməmişik çörək nə olan şeydir, əti-yağı necə alırlar".
V.Məhərrəmli qeyd edib ki, vaxt ötdükcə isə nədənsə ailənin yükünü ən çox o hiss etməyə başlayıb:
"O məqamda Allahən əlini çiynimdə hiss elədim. Heç bir vaxt üsyan etmədim, üz döndərmədim".
Ətraflı videoda:
02:35 - 11 Noyabr 2024