"Kimin ki, atası həyatdadır, o şanslı adamdır. Kimin ki, anası var, o çox xoşbəxt adamdır".
Titul.az xəbər verir ki, bunu müğənni Zeynəb Həsənli atasının yanında olduğu üçün sevindiyini bildirərkən qeyd edib.
Zeynəbin açıqlaması "Rəngarəng səhər"İn digər qonağı meyxanaçı Rüfəti qəhərləndirib. O özünü ağlamaqdan güclə saxlayıb.
Qeyd edək ki, meyxanaçı atasını illər öncə itirib. Gənclik yaşlarından sağlamlığında ciddi problemlər yaşamağa başlayan Rüfət açıqlamalarının birində atasının onun sağlamlığına qovuşması üçün çox əziyyət çəkdiyini bildirmişdi.
15:06 - 7 Noyabr 2024