Prezident İlham Əliyevin sərəncamı ilə bu gün polkovnik Azər Məmmədova general-mayor rütbəsi verilib.
Titul.az Modern.az-a istinadən xəbər verir ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavinidir.
Azər Məmmədov bu vəzifəyə ötən ilin may ayında təyin edilib.
O, 1987-90-cı illərdə Azərbaycanın daxili işlər naziri olmuş tanınmış dövlət xadimi Aydın Məmmədovun oğludur.
55 yaşlı A.Məmmədov uzun müddət polis orqanlarında xidmət edib. Səfərbərlik Xidmətinidən əvvəl Daxili İşlər Nazirliyində Daxili Təhqiqat İdarəsinin rəis müavini vəzifəsi olub.
23:24 - 7 Noyabr 2024