Noyabrın 6-da Ukraynanın “Aeroprakt” şirkətinə məxsus A-22 PUA-ları Rusiyanın Xəzər donanmasına zərbə endirib.
Titul.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Forbes”in analitiki Devid Eks ukraynalı məmurlara istinadla məlumat yayıb.
İddiaya görə, hücum nəticəsində 3 gəmi, xüsusilə də donanmanın ən böyük gəmisi olan “Hepard” sinifli iki freqat, kiçik “Buyan” korveti zədələnib.
Onun sözlərinə görə, vurulmuş gəmilər Xəzər donanmasının üçdə birini təşkil edir.
Analitik bildirib ki, bu, A-22 PUA-larının ən uzaq zərbələrindən biridir.
Qeyd edək ki, ötən gün Rusiya MN Kaspiysk şəhərinə hücum edən Ukrayna PUA-sının məhv edildiyini açıqlamışdı. Hər hansı dağıntı, xüsusilə gəmi vurulması barədə məlumat yoxdur.
Ukrayna mediası da bu məsələ barədə hər hansı açıqlama yaymayıb.
15:15 - 7 Noyabr 2024