"Fikir verəndə görürük ki, bəzi insanlar öz-özünə danışa-danışa gedir. Qıraqdan baxanlar onu "dəli" adlandırır".
Titul.az xəbər verir ki, bunu meyxanaçı İntiqam "Rəngarəng səhər"də deyib.
Meyxanaçı özü-özü ilə danışan insanları vicdanlı insan adlandırıb:
"Vicdanı olan insanlar özüylə danışır həmişə. Ayda gərək 2-3 dəfə özünlə danışasan, sən kimsən".
Meyxanaçı özü-özüylə danışan insanlardan olduğunu bildirib. İntiqam daha çox anasının sözünə vaxtında qulaq asmamağın peşmançılığın çəkdiyini etiraf edib:
"Nərd oynuyardım həmişə, anam deyərdi ki, bala gəl bura, o nərd həmişə var, amma mən müvəqqətiyəm. Bax indi onun peşmanıyam ki, anamın sözünə vaxtında qulaq asmadım".
21:43 - 6 Noyabr 2024