"Qızımı 25-i verirəm gedir".
Titul.az xəbər verir ki, bunu Rəqsanə İsmayılova sosial şəbəkədə açdığı canlı yayım zamanı bildirib.
Məşhur müğənni toy tarixi ilə bağlı "Bu dəfə hər şey mənim ürəyimcədir və hər şey çox yaxşı olacaq. İnşallah yanvar ayının 24-də...", - fikrinin davamını gətirmək istəsə də Aysun "Sürpriz" deyərək, anasının sözünü bitirməsinə imkan verməyib.
Videonu təqdim edirik:
Xatırladaq ki, Aysun İsmayılova bir dəfə ailəli olub ayrılıb. Onun ilk evliliyi Eşqin adlı şəxslə olub.
01:23 - 12 Dekabr 2023