Həyat yoldaşını başqa müğənni qadınla gecə saatlarında yazışarkən tutduğu üçün uzun müddət ondan ayrı yaşayan Arzu Qarabağlı "Rəngarəng səhər"də maraqlı açıqlaması ilə diqqət çəkib.
Titul.az xəbər verir ki, aparıcı Zaur Nəbioğlu xanım müğənninin həyat yoldaşını studiaya dəvət etdikdən sonra telefonunun harada olduğunu soruşub. O, ardınca müğənninin həyat yoldaşına yenə gecələr müsajlaşıb-mesajlaşmadığını soruşub.
Arzu Qarabağlı həyat yoldaşını çətin durumda qoymayıb. O, aparıcının sualına "İcazə vermişəm, mən ona icazə vermişəm" deyərək mövzunun çox uzanmasına şərait yaratmayıb. Bununla da xanım ifaçı həyat yoldaşı ilə aralarında suların durulduğu mesajını vermiş olub.
Ətraflı videoda:
22:51 - 6 Noyabr 2024