UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda sabah "Qarabağ"ı qəbul edəcək "Budyo Qlimt"in baş məşqçisi Hyetil Knutsen matç ərəfəsində fikirlərini bölüşüb.
Titul.az xəbər verir ki, 56 yaşlı mütəxəssis mətbuat konfransında belə danışıb:
"Qarabağ" turnir cədvəlində sonuncudur, amma buna fikir verməməliyik. Sabahkı görüşdə hər şeyə hazır olmalıyıq. Avrokuboklarda hər oyun çətin keçir. "Qarabağ"ın da güclü və zəif tərəfləri var".
Bakıda 11 nəfərlə "Ayaks"a qarşı çox yaxşı mübarizə aparırdılar. "Qarabağ" azlıqda qaldıqdan sonra uduzdu".
Qeyd edək ki, "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq. //fanat.az
17:58 - 6 Noyabr 2024