Kələntərov həbsdə qaldı

 Kələntərov həbsdə qaldı

Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin rəisi polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərovun cinayət işi üzrə ibtidai araşdırma davam edir.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror Kələntərovla bağlı məhkəməyə təqdimat verib. Təqdimatda ağır cinayət üzrə istintaqın davam etdiyi, bu səbəbdən daha bir neçə ayın gərəkli olduğu qeyd edilərək seçilmiş qətimkan tədbirinin uzadılması xahiş edilib.

Bakı Hərbi Məhkəməsi təqdimatı əsaslı hesab edib. Qərara əsasən, R.Kələntərovun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, N saylı hərbi hissənin zabiti işləmiş R.Kələntərov təkrar rüşvət almaqda və qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq etməkdə ittiham elan edilir.

14:45 - 5 Noyabr 2024

Xəbər lenti