Polis məmuru özünü binadan atdı - Məlum oldu ki, 1 ay əvvəl... - FOTO

 Polis məmuru özünü binadan atdı - Məlum oldu ki, 1 ay əvvəl... - FOTO

Türkiyənin Samsun şəhərində işdən çıxarılan 37 yaşlı polis məmuru Oğuz Doğan, 8-ci mərtəbədə yerləşən evinin eyvanından özünü ataraq intihar edib.

Parol.az xəbər verir ki, ağır xəsarətlər alan keçmiş polis məmuru xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, o, təxminən 1 ay öncə işdən gözləmədiyi halda xaric edildiyi üçün bunun psixoloji gərginliyini üzərindən ata bilməyib. 

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, O.Doğan ailəli idi, 1 övladı var idi.

14:09 - 5 Noyabr 2024

Xəbər lenti