Tramp qalib gəlsə, Avropa müharibədən sağ çıxmayacaq

 Tramp qalib gəlsə, Avropa müharibədən sağ çıxmayacaq

Əgər Donald Tramp prezident seçkilərində qalib gəlsə, Avropa təkbaşına Ukraynadakı münaqişədən sağ çıxa bilməyəcək.

Titul.az axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

"Noyabrın 7-də Budapeştdə keçiriləcək Avropa Siyasi Birliyinin sammitində Avropanın düşdüyü vəziyyəti dəyişməyə çalışmaq lazımdır, çünki indi onun yeri küncdədir və cənablar - Rusiya və ABŞ kreslolarda oturub söhbət edirlər. Biz başa düşməliyik ki, əgər ABŞ-ın sülh tərəfdarı olan bir prezidenti varsa və ABŞ sülhün tərəfində olacaqsa, o zaman Avropa müharibə tərəfdarı olaraq qala bilməyəcək. Məncə, Avropa məsuliyyətsizcəsinə girdiyi bu müharibənin yükünü tək çəkə bilməyəcək. Əgər Amerika sülh yolunu tutsa, o zaman biz uyğunlaşmalı olacağıq”, - Orban bildirib.

16:16 - 3 Noyabr 2024

Xəbər lenti