Türkiyə Böyük Millət Məclisində axşam saatlarında bir şəxs, millət vəkili otaqlarının yerləşdiyi Xalqla Əlaqələr binasının damına çıxaraq intihar etmək istəyib.
Parol.az xəbər verir ki, səlahiyyətli şəxslərin özünü öldürmək istəyəni fikrindən daşındırmaq cəhdləri uğurlu alınıb. Onun hansı səbəbə özünü öldürmək istədiyi də məlum olub.
O, 34 yaşlı bir psixoloq olduğunu bildirib və iş tapa bilmədiyindən belə bir qərar verdiyini qeyd edib.
09:37 - 2 Noyabr 2024