Bir zamanların ulduz ismi olan braziliyalı Adriano Riberionun hazırki vəziyyəti bir xeyli təəccübləndirir.
Parol.az xəbər verir ki, kariyerasının zirvəsini İtaliya təmsilçisi "İnter"də keçirərək dünyanın ən güclü hücumçuları sırasına adını həkk etdirən Adriano indi xeyli kasıb, səfil həyatı ilə diqqət mərkəzindədir.
Dövrünün ən bahalı futbolçularından olan futbolçu indi doğulduğu Flamenqonun kasıb məhəllələrində gününü yola verməklə məşğuldur.
Hələ İtaliya "A" Seiyasında top qovarkən dəfələrlə bombardir olmağı bacaran braziliyalı gecə həyatı ilə kariyerasını məhv etdi desək, yanılmarıq. Spirtli içkilər, tütün məmulatları və narkotik Adrianunun kariyerasının gözləniləndən daha tez sönməsinə gətirib çıxardı.
Bu da 42 yaşlı sambaçının son halı:
00:34 - 2 Noyabr 2024