Əliyar Ağayev “Mançester Siti”nin oyunun idarə edəcək - UEFA Çempionlar Liqası

 Əliyar Ağayev “Mançester Siti”nin oyunun idarə edəcək - UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində dekabrın 13-də keçiriləcək “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi Əliyar Ağayev olacaq.

Bu barədə Titul.az AFFA-ya istinadən məlumat verir.

Ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

Qeyd edək ki, görüş dekabrın 13-də baş tutacaq.

09:57 - 11 Dekabr 2023

Xəbər lenti