Şahin Mustafayev və Mher Qriqoryan görüşdü - Nələr müzakirə edildi?

 Şahin Mustafayev və Mher Qriqoryan görüşdü - Nələr müzakirə edildi?

Komissiyaların görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə ediblər.

Titul.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşünün yekunları üzrə mətbuata açıqlamada bildirilib.

18:10 - 1 Noyabr 2024

Xəbər lenti