Bakının Xətai rayonunda ərazini su basıb.
Sakinlərin Titul.az-a verdiyi məlumata görə, hadisə İnqilab İsmayılov 56-nın arxa tərəfində baş verib. Magistral yolun kənarındakı qeyri-yaşayış obyektinin qarşısından keçən su borusu xəttinda baş verən partlayış nəticəsində su indi də əraziyə axmağa davam edir.
Qeyd edək ki, hadisə ilə bağlı Titul.az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxlayıb. Ceyhun Musaoğlu bildirib ki, hadisədən xəbərdardırlar, hazırda qəza xidmətinin əməkdaşları da hadisə yerindədir. Problemin sabah tezdən aradan qaldırılmasına başlanılacaq.
Su borusunun partlaması nəticəsində ortaya çıxan "mənzərə":
19:55 - 1 Noyabr 2024