Erməni jurnalist Natali Aleksanyan öz Feysbuk hesabında Azərbaycan çayı ilə bağlı paylaşım edib.
Titul.az globalinfo.az-a istinadən xəbər verir ki, jurnalist əsəbi olduğunu və sakitləşmək üçün Azərbaycan çayı içdiyini bildirib:
“Bu gün Qarabağdan olan ermənilər məni çox əsəbiləşdirdi. Bəs mənə nə kömək edər? Əlbəttə ki, Azərbaycan çayı”.
Qeyd edək ki, Natali Aleksanyan Azərbaycanla Ermənistan arasında sülh çağırışları etməsi ilə tanınır.
16:13 - 1 Noyabr 2024