İsrailin hücumu zamanı Rusiya kodları vermədi - SEPAH-dan ŞOK

 İsrailin hücumu zamanı Rusiya kodları vermədi - SEPAH-dan ŞOK

İsrailin İrana etdiyi hava hücumu zamanı Rusiya S-300 hava hücumundan müdafiə sistemlərini aktivləşdirmək üçün kodları İrana verməkdən imtina edib.

Titul.az axar.az-a istinadən xəbər verir ki, bunu SEPAH generalı Qurbanəli Salavatian özünün X hesabında yazıb.

“O sistemlərə verilən 800 milyon dollar pula, 15 il gözləməyə və Rusiyaya inanmağa heyif olsun”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl başqa bir neçə iranlı ekspert və rəsmi də İsrailin hücumu zamanı Rusiyanın İranı tək qoyduğundan gileylənib.

İsrail isə hücum zamanı 4 ədəd S-300 zanit-raket kompleksini məhv etdiyini açıqlayıb.

15:55 - 1 Noyabr 2024

Xəbər lenti