Bulvarda gəmi gəzintisinin QİYMƏTİ AÇIQLANDI

 Bulvarda gəmi gəzintisinin QİYMƏTİ AÇIQLANDI

Dənizkənarı Bulvar İdarəsinə məxsus "Mirvari" gəzinti gəmisi bu gündən fəaliyyətə başlayır.

Titul.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a İdarənin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məlumat verib.

Qurum rəsmisi gəmi ilə gəzintiyə çıxmaq üçün müəyyən olunan qiymətlərin dəyişdirilmədiyini söyləyib. Onun sözlərinə görə, "Mirvari" gəzinti gəmisindən istifadə altı yaşına qədər uşaqlar üçün ödənişsizdir, gəminin yerindən və mərtəbəsindən asılı olaraq qiymətlər 5-10 manat arasında dəyişir. 

Ə.Mehdiyeva bildirib ki, bu qiymətlər sonuncu dəfə 2015-ci ildə müəyyən olunub və istismar xərcləri artsa da, gəzinti gəmisinin qiymətləri dəyişməz olaraq qalıb.

"Gəminin uzun müddət fəaliyyət göstərməməsi, insanların marağı və s nəzərə alınaraq Dənizkənarı Bulvar İdarəsi tərəfindən qiymətlərin artırılmaması ilə bağlı qərar verilib", - Ə.Mehdiyeva əlavə edib.

Qeyd edək ki, "Mirvari" gəmisi 2013-cü ildə istifadəyə verilib. Üçmərtəbəli gəmi gəzintiyə çıxması üçün 460 nəfəri daşıya bilir. Gəminin iki mərtəbəsi qapalı, bir mərtəbəsi isə açıqdır. Türkiyə istehsalı olan iki mühərrikli gəminin eni 11 metr, uzunluğu isə 49,5 metrdir.

 

11:20 - 1 Noyabr 2024

Xəbər lenti