Güclü zəlzələ Rusiyanı SİLKƏLƏDİ

 Güclü zəlzələ Rusiyanı SİLKƏLƏDİ

Dekabrın 10-da Kuril adaları sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Titul.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

Onun sözlərinə görə, zəlzələ saat 19:51-də (Moskva vaxtı ilə 11:51) Şimali Kuril adaları yaxınlığında baş verib. Mütəxəssis bildirib ki, yeraltı təkanların episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 70 km şimal-şərqdə, Sakit okeanda yerləşib.

O, Severo-Kurilsk sakinlərinin 3 bal gücündə yeraltı təkanlar hiss etdiyini bildirib. Tələfat və dağıntı olmayıb, sunami xəbərdarlığı da elan edilməyib./Publika.az/

09:37 - 11 Dekabr 2023

Xəbər lenti