“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3382 nömrəli Sərəncamında dəyişiklik edilib.
Titul.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Müşahidə Şurasının üzvləri sırasında dəyişiklik edilib. İqtisadiyyat nazirinin müavini olmuş Sahib Məmmədov üzvlər sırasında çıxarılıb, onu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev əvəzləyib.
14:54 - 30 Oktyabr 2024