Bakı şəhər Abşeron rayon Məhəmmədi kəndinin yolları 2 ay öncə asfalt qatı ilə yenilənsə də, Şəhid Fəxrəddin Əsədov küçəsi xəndəyin içində qalıb.
Titul.az xəbər verir ki, halbuki sözügedən şəhid adıını daşıyan küçədəki vəziyyətlə bağlı elə 2 ay əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bununla bağlı rəhbərliklə məsləhətləşməli olduğunu bildirsə də, məsələnin üzərindən 2 ay keçməsinə baxmayaraq nə geri dönüş oldu, nə də problem həllini tapdı.
Sakinlərin sözlərinə görə, ilk dəfə 2007-ci ildə asfalt görən küçənin yarısı o gün-bu gün palçıq, xəndək içərisindədir. Vətəndaşlar yağış yağan kimi keçilməz olan yolun bu hissəsini öz ciblərindən dəfələrlə təmir etməyə çalışsalar da, istənilən effekti verməyib, vəziyyət dəyişməz olaraq qalıb.
Məhəmmədi kəndi, Şəhid Fəxrəddin Əsədov küçəsindəki son vəziyyəti təqdim edirik:
12:31 - 30 Oktyabr 2024