Bakı-Sumqayıt qatarının bəzi reysləri LƏĞV EDİLİR

 Bakı-Sumqayıt qatarının bəzi reysləri LƏĞV EDİLİR

COP29 tədbirlərinə hazırlıq çərçivəsində sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün profilaktik tədbirlərin görülməsi məqsədilə Abşeron dairəvi dəmiryol xətti üzrə texniki fasilə verilir.

Bu barədə Titul.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Belə ki, 30 oktyabr-7 noyabr tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə qeyri-pik saatlarda yola düşən qatarların hərəkət cədvəlinə müvəqqəti dəyişiklik edilir.

Həmin tarixlərdə bu marşrut üzrə Bakıdan saat 09:30 və saat 10:00-da, Sumqayıtdan isə saat 10:00 və saat 11:00-da yola düşən sürət elektrik qatarlarının reysləri müvəqqəti olaraq ləğv edilir.

Digər qatarlar 16 sentyabrda elan edilən qrafik üzrə hərəkətdə olacaq.

19:39 - 29 Oktyabr 2024

Xəbər lenti