Bu şadlıq evi BAĞLANDI - FOTO

 Bu şadlıq evi BAĞLANDI - FOTO

Lənkəran rayonu, Boladi kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Azər Qəhrəman oğluna məxsus "Boladi" şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.

Bu barədə Titul.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və sanitar-gigiyenik norma və qaydaların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, şadlıq evində mətbəxin layihələndirilməsinin texniki normativ tələblərə uyğun olmadığı, məhsulların müvafiq temperaturda saxlanması üçün şəraitin təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyim və qoruyucu vasitələrlə təmin edilmədiyi, gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb.

11:00 - 29 Oktyabr 2024

Xəbər lenti