Türkiyənin Samsun şəhərində qısqanclıq zəmnində dəhşətli intihatr hadisəsi baş verib.
Parol.az xəbər verir ki, yeni ailə quran həkim cütlük arasında baş verən mübahisə az qala ölümlə bitəcəkdi.
Hadisə yerli vaxtla gecə saat 1-in yarısında baş verib. 26 yaşlı A.B.B eyni xəstəxanaının təcili yardım şöbəsində çalışan xanımı İ.P.B (26 yaş) qısqanclıq səbəbindən mübahisə edib. Hər ikisi həmin vaxt xəstəxanada işdə olublar. Mübahisədən sonra gənc ər evə getmək qərarına gəlib. O təkbaşına getdiyi evində 1 il öncə geyindiyi bəylik kostyumunu yenidən geyinərək mənzilinin yerləşdiyi 6-cı mərtəbədən özünü atıb.
Ağır xəsarət alan həkim, təcili yardımla xəstəxanaya çatdırılaraq nəzarətə götürülüb. Verilən məlumata görə onun həyati təhlükəsi var.
Hadisə ilə bağlı araşdırma aparılır.
00:35 - 29 Oktyabr 2024