"Azərbaycan-Ermənistan normallaşma prosesini diqqətlə izləyirik".
Parol.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə lideri 18 oktyabrda İstanbulda “3+3” formatının nazirlər toplantısının keçdiyini xatırladaraq, onun məhsuldar olduğunu qeyd edib. Rəcəb Tayyib Ərdoğan bu regional formatın institusional təsisata çevrilməsi niyyəti olduğunu da əlavə edib.
“Qarabağın 30 illik işğalının başa çatması ilə Cənubi Qafqazda davamlı sülh üçün unikal imkan yaranıb. Biz can Azərbaycan və Ermənistanın bu istiqamətdə apardıqları səmimi işləri diqqətlə izləyirik. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”, - Ərdoğan bildirib.
19:33 - 28 Oktyabr 2024