"Tarixcəsi mənfi olan bank müştərilərinə heç bir bank borc vermir".
Titul.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov bankların "qara siyahı"sından çıxmağın hüququ yollarını izah edərkən deyib.
Vəkil bildirib ki, banklarda "qara siyahı" deyil, kredit tarixcəsi deyilən bir anlayış var:
"Yəni tarixi dəyişmək mümkün deyil. Kiminsə nə vaxtsa banklarda problemi olubsa, kreditlərini gecikdiribsə və s. bankın tarixcəsində qalır".
Vəkil deyib ki, banklar kredit tarixcəsi problemli şəxslərə kredit ayıra bilər:
"Amma vermirlər. Kredit tarixçəsi pis, problemli olan şəxslər banklardan kredit götürə bilərlər. Kimsə girov qoya bilər, ya da onlara zamin dura bilərlər".
18:47 - 28 Oktyabr 2024