Maşından sevgililərin meyiti tapıldı - Qızı öldürüb, sonra özünü vurub + FOTOLARI

 Maşından sevgililərin meyiti tapıldı - Qızı öldürüb, sonra özünü vurub + FOTOLARI

Adanada bir avtomobilin içindən kişi və qadın meyiti tapılıb.

Parol.az xəbər verir ki, məlum olub ki, 37 yaşlı Emre Naynal sevgilisi 40 yaşlı Ayşegül Seferi avtomobilinin içərisində tapançayla vurduqdan sonra intihar edib.

Hadisə maşın park halında olarkən törədilib. Axtarış zamanı cütlüyün mobil telefonlarına çoxlu zəng gəldiyi görünüb.

Faktla bağlı cinayət işi açılıb.

10:09 - 27 Oktyabr 2024

Xəbər lenti