Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü...

 Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü...

Bakıda əlil sərnişini döyən 162 saylı avtobusun sürücüsünə cəza verilib.

Titul.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə 16 avqust 2024-cü il tarixdə, saat 15.00 radələrində baş verib.

Belə ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Mərkəzi küçəsində V.D. əlil və xəstə olması ilə əlaqədar arxa qapıdan avtobusa minmək istəsəyib. Zərərçəkmiş şəxs qapının şüşəsini əli ilə döysə də, avtobusun 1990-cı il təvəllüdlü sürücüsü B.H. onu açmayıb. Bu səbəbdən əlil sərnişin çətinliklə ön qapıya gələrək sürücüyə "İnsafın olsun, niyə arxa qapını açmırsan", deyib.

Sürücü əsəbi halda avtobusdan enərək, onu ağız nahiyyəsindən vurub. Nəticədə zərəçəkmiş şəxs yerə yıxılıb, sərnişinlər onu ayağa qaldırıblar. Sərnişinin şikayəti əsasında sürücü saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə sürücü günahını boynuna almayıb. V.D. hakimdən bağışlamağı xaiş edib.

Məhkəmənin qərarı ilə B.H.-ya 10 ay 28 gün müddətinə islah işləri cəzası təyin edilib.

16:44 - 26 Oktyabr 2024

Xəbər lenti