Bakı. Trend:
Prezident İlham Əliyev M.A.Əliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Titul.az xəbər verir ki, sərəncama əsasən, Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə, Məhərrəm Əliyev həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
Prezident İlham Əliyevin digər Sərəncam ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
12:11 - 9 Dekabr 2023