Birillik əməkhaqqısını "Neftçi"yə bağışladı - Ayrılıq qərarının PƏRDƏARXASI - FOTO

 Birillik əməkhaqqısını

«Neftçi» rəhbərliyinin Roman Qriqorçukla müqaviləyə hansı şərtlər daxilində xitam verməsi məlum olub.

Titul.az xəbər verir ki, iyunun 26-də «ağ-qaralar»ın sükanı arxasına keçmiş və oktyabrın ilk yarısından sonra istefaya göndərilmiş mütəxəssisə 6 aylıq əməkhaqqı məbləğində təzminat ödəniləcək.

Premyer Liqanın ilk dövrəsində fəaliyyəti uğursuz alınan və qələbə qazanmadan postunu tərk edən ukraynalı çalışdırıcı, başqa sözlə, «ağ-qaralar»a güzəştə gedib.

Yayda 2 illik sözləşməyə qol çəkmiş «Qəbələ»nin sabiq sükançısı ona çatacaq 1 illik məbləğdən imtina edib. //sportinfo

23:54 - 25 Oktyabr 2024

Xəbər lenti