Samsunda həyat yoldaşından ayrılan şəhərin tanınmış həkimlərindən hesab edilən nevroloq uzman dr. Ayhan Haspulat intihar edib.
Parol.az xəbər verir ki, 54 yaşlı həkim sosial şəbəkə hesabından övladlarıyla birlikdə fotosunu paylaşaraq "Bir müddət burada olmayacam, sevgiylə qalın" qeydini yazdıqdan 6 saat sonra canına qıyıb.
O, yaşadığı binanın 4-ncü mərtəbəsindən özünü atıb. Həmin anlar hadisə şahidləri tərəfindən telefonun kamerasına çəkilib.
Hadisə ilə bağlı araşdırma başlayıb.
İlkin araşdırma zamanı onun həyat yoldaşından boşandığından dolayı belə bir addım atdığı ortaya çıxıb.
00:32 - 26 Oktyabr 2024