İranın vurulacaq əsas bazaları: Siyahıda Təbriz də var

 İranın vurulacaq əsas bazaları: Siyahıda Təbriz də var

İsrail hücumlar zamanı öz mərmilərini boşa sərf etməyəcək.

Titul.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Maykl Allen deyib.

“Vaşinqton Post” nəşri isə İsrailin İrana hücumu zamanı bu ölkədə mümkün hədəflərinin ola biləcəyi bir sıra yerlərin siyahısını açıqlayıb.

Bildirilib ki, Təbrizdəki raket bazaları, Şəhrekord bölgəsindəki yeraltı raket anbarları, eləcə də Kirmanşahda yerləşən İranın əsas raket bazaları hədəf ola bilər.

Habelə, Xürrəmabaddan 20 km aralıda olan İmam Əli raket bazası və SEPAH-ın Dəniz Donanmasına aid Bəndər Abbas bazası hədəfdə olacaq. //axar.az

16:24 - 25 Oktyabr 2024

Xəbər lenti