Cənab Putinlə Suriya Prezidenti Bəşər Əsədlə görüşmə məsələsini müzakirə etdik.
Titul.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Biz cənab Putinlə gözləntilərimiz haqqında danışdıq. Onu Bəşər Əsədin çağırışımıza cavab verməsini təmin etmək üçün addım atmağa çağırdıq. Cənab Putin bu addımı atmaq üçün Əsədə müraciət edəcəkmi? Bunu zamanın öhdəsinə buraxırıq”, - Ərdoğan bildirib.
16:05 - 25 Oktyabr 2024