PKK məsuliyyəti öz üzərinə götürdü

 PKK məsuliyyəti öz üzərinə götürdü

PKK terror təşkilatının silahlı qanadı HPG oktyabrın 23-də Ankarada törədilən terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı təşkilatın bəyanatına istinadən “Sözcü” portalı yayıb. 

Bildirilib ki, təşkilat sözügedən hücumu uzun müddət əvvəl planlaşdırdığını və bunun Türkiyədəki daxili siyasi hadisələrlə, xüsusən də ölkə rəhbərliyinin kürd məsələsinin həlli ilə bağlı təşəbbüsləri ilə əlaqəli olmadığını açıqlayıb.

Məlumata görə, TUSAŞ aerokosmik şirkəti hərbi hədəf olaraq təyin edilib və şirkətin istehsal etdiyi pilotsuz uçuş aparatlarının terror təşkilatına qarşı istifadə olunması səbəbilə hədəf olaraq seçilib. 

Xatırladaq ki, sözügedən terror hücumu nəticəsində 5 nəfər həlak olub, daha 22 nəfər isə yaralanıb. Terror aktını törədən 2 nəfər isə zərərsizləşdirilib. Hadisədən sonra Türkiyənin milli müdafiə naziri Yaşar Güler hücumun PKK terrorçuları tərəfindən həyata keçirildiyini bildirmişdi.

14:48 - 25 Oktyabr 2024

Xəbər lenti