Ronaldo karyerasını harada bitirəcəyini AÇIQLADI

 Ronaldo karyerasını harada bitirəcəyini AÇIQLADI

“Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında ilk klubu olan “Sportinq”ə münasibətini bildirib.

Titul.az xəbər verir ki, portuqaliyalı hücumçu “Sportinq”ə hörmətlə yanaşdığını deyib.

“Karyeramı bu klubda başa vuracağam. Cəmi bir mövsüm olsa belə, onlara borcumu verməliyəm.

Heç kim məndə xüsusi bir şey görmədiyi halda məni kəşf etdilər, məni yaratdılar və onlar olmasaydı, yəqin ki, “McDonalds”da işləyəcəkdim”, - Ronaldo vurğulayıb. //lent.az

13:51 - 25 Oktyabr 2024

Xəbər lenti