Mərakeş yığmasının sabiq futbolçusu Əbdüləziz Barrada vəfat edib.
Titul.az axar.az-a istinadən xəbər verir ki, bu barədə onun keçmiş klubu PSJ-nin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı Barradanın ölüm səbəbi ürəktutması olub.
Qeyd edək ki, Ə.Barrada 2013-cü ildə Afrika Millətlər Kuboku və 2012-ci il London Yay Olimpiya Oyunlarında Mərakeş yığmasının formasını geyinib. PSJ ilə yanaşı, Fransada "Marsel", Türkiyədə "Antalyaspor" klublarında çıxış etmiş mərakeşli futbolçu karyerasını 2021-ci ildə başa vurmuşdu.
12:53 - 25 Oktyabr 2024