Tələbələr qəzaya düşdü - Ölən və yaralananlar var

 Tələbələr qəzaya düşdü - Ölən və yaralananlar var

Göygöldə ölümlə nəticələnən qəza baş verib.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon ərazisində “VAZ - 21015” və “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə rayon sakinləri 18 yaşlı Fariz Məhərrəmov, 40 yaşlı Xəyal Rzayev və 18 yaşlı Heydər Hüseynov xəsarət alıblar.

18 yaşlı Ramal Qurbanzadə isə aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Lent.az-ın məlumatına görə, qəzaya düşən gənclər Gəncədə təhsil alan tələbələr olub.

11:27 - 25 Oktyabr 2024

Xəbər lenti