İstanbulda bir evdə meyiti tapılan 2 gənc qızın qatili görüntülənib.
Parol.az xəbər verir ki, şübhəli şəxs qətli törətdiyi gün evə yaxın ərazidə yerləşən marketə gedərək alış-veriş edibmiş.
Məlum olub ki, qətlə yetirilən Dilara G. keçmiş sevgilisinin evinə rəfiqəsi Cansu D. ilə birgə gedib. Dilaranın sevgilisi Mustafa P. qızları qətlə yetirdikdən sonra damarını kəsərək intihara cəhd edib. Amma təcili yardımın müdaxiləsi sonrası xəstəxanaya çatdırılan Mustafa nəzarət altındadır.
Polislər evdə apardıqları araşdırma zaman narkotik maddə, şizofren dərmanları aşkar ediblər.
Faktla bağlı cinayət işi açılıb.
13:13 - 25 Oktyabr 2024