Aparıcı Zülfiyə Bayramova "Günə bax" verlişində başına gələn hadisədən danışıb.
Parol.az xəbər verir ki, xanım aparıcı bir gün taksidə gedərkən telefonunu açarkən TikTok-da çox ədəbsiz, əcaib bir video ilə qarşılaşıb. O videoda "qadın" çox ədəbsiz ifadə işlədib:
"Elə söz işlətdi ki, mən taksi şoferindən utandım. Utandım ki, bunu o da eşitdi və mənim telefonumdan çıxdı bu səs. Mən o qədər həyəcanlandım ki, bilmədim telefonumu necə söndürüm, söndürə bilmədim. Telefon əlimdən çıxdı qarşıdakı şitə dəydi sındı. Taksi şoferi dedi ki, "Zülfiyə xanım, siz niyə utanırsınızki?! Qoy onlar utansın".
11:00 - 25 Oktyabr 2024