İzmirdə cansız bədəni tapılan 28 yaşlı Fidan Çakırın 8 gün öncə öldürüldüyü ortaya çıxıb.
Parol.az xəbər verir ki, araşdırmalar sonrası məlum olub ki, onu qatili elə D.E (31 yaş) adlı ən yaxın rəfiqəsi olub.
Polis şübhəlinin İstanbulda bir oteldə gizləndiyini müəyyən edərək onu yaxalayıb, İzmirə aparıblar. Dindirilmə zamanı qadın cinayəti etiraf edib.
Qeyd edək ki, Fidanın Buca rayonunda yaşadığı mənzildə bıçaqlanmış halda meyiti tapılmışdı.
07:00 - 25 Oktyabr 2024