“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda “Ayaks”la oyundan sonra mətbuat konfransında iştirak edib.
Titul.az mətbuat.az-a istinadən xəbər verir ki, ağır məğlubiyyətin ardından jurnalistlər baş məşqçiyə suallar ünvanlayıblar. Suallardan biri istefaya çağırışla bağlı olub.
"Sizin istefanızla bağlı paylaşımlar olur. Bu barədə nə deyə bilərsiz? Məşhurlar da sizin getməli olduğunuzu deyirlər…" sualına Qurban Qurbanov belə cavab verib:
"Bilmirəm ki, onlara nə deyim, sözüm yoxdur. Mən istənilən sahədə uğurlu olan azərbaycanlını dəstəkləyirəm. Sosial şəbəkələrdən də buna görə uzağam ki, nəsə yanlış olar".
Qeyd edək ki, Bakıda keçirilən UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun “Qarabağ” – “Ayaks” matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
23:55 - 24 Oktyabr 2024