Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam Təhlükəsizlik Şurasını toplayacaq.
Titul.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edilib ki, Prezident Təhlükəsizlik Şurasının iclasını İstanbulda Atatürk Hava Limanında keçirəcək.
Xatırladaq ki, dünən Ankarada TUSAŞ-ın istehsal zavoduna terror hücumu olub. Hadisə nəticəsində 5 nəfər həlak olub, 22-si yaralanıb. Terrorla bağlı Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün getdiyi Rusiyanın Kazan şəhərindən İstanbula geri dönüb.
19:02 - 24 Oktyabr 2024